Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək
# 13 may 2014 06:51 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 14-23 may 2014-cü il tarixlərində London şəhərində keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcək.

 

ARDDA mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın 1988-ci il Protokolunun B Əlavəsinə, “Yanğın təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə, “Xilasedici vasitələr haqqında Məcəllə”yə, “Təhlükəli kimyəvi yükləri qalama şəklində daşıyan gəmilərin konstruksiya və avadanlıqları haqqında Beynəlxalq Məcəllə”yə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflərlə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdir.

 

Eyni zamanda komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılacaq.

 

Sessiya müddətində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR