Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyasında iştirak edir
# 25 noyabr 2013 07:10 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının (İMO) London şəhərində keçirilən Assambleyasının 28-ci sessiyasında iştirak edir.

 

ARDDA mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 25 noyabr - 4 dekabr tarixlərində keçiriləcək sessiyada İMO-nun Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq komitələrinin hesabatları dinləniləcək, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaq.

 

Sessiyada həmçinin dünyanın 170 dövlətinin üzv olduğu İMO-nun ali icra orqanı olan Şura üzvlüyünə seçkilərin keçirilməsi nəzərdə tutulur və Azərbaycan nümayəndə heyəti tam hüquqlu üzv olaraq həmin seçkilərdə iştirak edəcək.

 

ARDDA rəisi Qüdrət Qurbanovun qeyd olunan tədbirdə bir sıra dövlətlərin dəniz administrasiyaları rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən İMO-nun üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR