Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi Bakıda Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi ilə birgə ilk konfrans keçirəcək - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsi Bakıda Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi ilə birgə ilk konfrans keçirəcək - <span style="color: red;">FOTO
# 19 may 2014 10:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Braziliya Azərbaycanın gömrük sahəsində qabaqcıl yer tutduğunu hər zaman vurğulayıb. Mənim ölkənizə səfərimi Braziliya ilə Azərbaycan arasında uzun bir əməkdaşlıq yolunun başlanğıcı kimi görürəm”.

 

APA-Economics”in məlumata görə, bunu bu gün Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşündə Braziliya Gəlirlər İdarəsinin Gömrük xidmətinin direktoru Ernani Çikuçi bildirib.

 

O, A.Aliyevi Braziliyaya səfərə dəvət edib.

 

A.Əliyev isə bildirib ki, Azərbaycan gömrük sahəsində Braziliya əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır: “Ötən ay Azərbaycan dost Mərakeş ölkəsində. Gömrük mədəni irsinin sərgisini keçirildiyini və Azərbaycanın bu sərgidə özünün mədəniyyətini sərgilədiyini vurğulayıb: “Arzu edərdik ki, Braziliyada da belə bir sərgi keçirilsin və ölkəmizi Braziliyada da təbliğ etməyə geniş imkanlar yaradılsın. Düşünürəm ki, bu, ölkələrimizin daha da yaxınlaşmasına növbəti bir addım olar”.

 

Qeyd edək ki, E. Çikuçinin Azərbaycana səfəri mayın 21-23-də Bakıda Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi ilə birgə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş ilk konfransın keçirilməsi ilə bağlıdır. İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda qonağa yerli gömrük orqanları, gömrük hospitalı, Risklərin İdarəolunması Mərkəzi və gömrük orqanlarının strukturuna daxil olan digər departament və idarələrlə tanış olacaq. Artıq konfransda 64 ölkənin 200 qədər nümayəndəsi qeydiyyatdan keçib. Konfrans zamanı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı iştirak edəcək. Həmçinin, gömrük sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış edəcəklər. Konfransın əsas mövzusu Bali sazişindən, yəni ticarətin asanlaşmasından sonra gömrük orqanlarının rolundan ibarətdir.

 

Xatırladaq ki, görüşdən əvvəl A.Əliyev və E.Çikuçi Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, o cümlədən Şəhidlər Xiyabanını ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR