Bank Of Baku

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yeni direktoru hədəflərini açıqlayıb

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yeni direktoru hədəflərini açıqlayıb
# 14 fevral 2013 08:46 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMA) yeni direktoru Fuad Quliyev yaxın perspektiv üçün hədəfləri açıqlayıb.

 

F.Quliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, əsas prioritet aviasiya təhlükəsizliyinin təmin olunması, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə əlaqələrin genişləndirilməsi olacaq.

 

«Mülki aviasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çalışacağıq. Hazırda biz Avropa Birliyi ilə qarşılıqlı əməkdaşlığa başlamışıq. Yanvar ayında bir neçə görüşümüz olub. Bu görüşlər davam edəcək. Bundan başqa, ABŞ-la açıq səma ilə bağlı danışıqlar aparırıq. Eyni zamanda bir sıra ərəb ölkələri ilə danışıqlar davam edir», - deyə F.Quliyev vurğulayıb.

 

Administrasiya direktorunun sözlərinə görə, bu il ərzində ABŞ-la açıq səma anlaşmasının əldə olunması mümkündür. Avropa Birliyi ilə proses yeni başlandığından, bu bir müddət çəkə bilər.

 

Qeyd edək ki, F.Quliyev prezident İlham Əliyevin fevralın 13-də imzaladığı sərəncamla ADMA-nın direktoru təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR