Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti kompüter bazasını lisenziyalı proqramlarla təmin edir

Azərbaycan Dövlət Neft Şirkəti kompüter bazasını lisenziyalı proqramlarla təmin edir
# 29 yanvar 2013 09:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə «Microsoft-Azerbaijan» şirkəti arasında «Microsoft» Korporasiyasının lisenziyalı proqram təminatının istifadəsi üzrə strateji saziş imzalanıb.

 

«Microsof-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, Korporasiya ilə strateji əməkdaşlıq və «Microsoft Enterprise Agreement» korporativ lisenziyalaşdırma proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması, ARDNŞ-də işgüzar fəaliyyətin səmərəliliyini yüksəltməyə, ən müasir texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək.

 

Azərbaycanda «Microsoft Large Account Reseller» statusuna malik olan «Softline» şirkəti proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru kimi çıxış edir.

 

Müqavilə çərçivəsində əldə edilən lisenziyalı «Microsoft» proqram təminatı ARDNŞ-in kompüter parkının işi üçün bütün proqram platformasını əhatə edir. «Microsoft Large Account Reseller» statusu «Softline» şirkətinə lisenziyalaşdırmanın xüsusi şərtlərinə görə böyük şirkətlərlə (250-dən çox fərdi kompüter) işləmək imkanı verir.

 

«Microsoft» ilə saziş ARDNŞ-ə lisenziyaların ümumi dəyərini azaltmağa imkan verəcək. Müqaviləyə görə, ödəniş illik ödənişlər şəklində aparılacaq ki, bu da proqram təminatının əldə edilməsinə birdəfəlik böyük sərmayələrdən yan keçməyə imkan verəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR