Bank Of Baku

Azərbaycan gömrükçüləri 60 kq-a yaxın narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb - FOTO

Azərbaycan gömrükçüləri 60 kq-a yaxın narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb   - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 10:48 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbirlər nəticəsində 60  kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

 

DGK-dan «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı ilk əməliyyat Bakıda keçirilib. Əməliyyat İdarəsinə Biləsuvar Gömrük İdarəsindən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin yaxın vaxtlarda bir qrup şəxs tərəfindən realizə olunması barədə əməliyyat məlumat daxil olub.

 

Keçirilən əməliyyat zamanı “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dairəvi küçəsində yerləşən “daş bazarı dairəsi” adlanan ərazidə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Azərbaycan vətəndaşı Məmmədov Rüfət Mikayıl oğlu  ilə görüşüb. Görüş zamanı Rüfət Məmmədovun göstərişinə əsasən  onunla əlbir olub cinayət əlaqəsinə girən Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğlu sonuncunun idarə etdiyi “Azsamand” markalı 90 HE 246 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda özləri ilə həmin əraziyə gətirdikləri, üzərində “TSV NEWLINE” sözləri yazılmış göy rəngli idman çantasının içərisində olan narkotik vasitə - həşişə oxşar maddəni “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən əməliyyat qrupu tərəfindən hər üç şəxs saxlanılıb, müvafiq araşdırılma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinə dəvət olunublar. Komitədə həmin şəxslərə məxsus çantadan 46 ədəd polietilen bağlamalarda qablaşdırılmış ümumi çəkisi 46 kq 55 qram olan kustar üsulla hazırlanmış həşiş qətranı aşkar edilib. Saxlanılanlar bu maddəni (həşişi) İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Əkbər və Babək adlı şəxslərin qaçaq yolla Azərbaycana göndərdiklərini və həmin narkotik vasitələri adını bilmədikləri bir nəfər iranlıdan Beyləqan rayonu Əhmədli kəndinin girəcəyində əldə etdiklərini bildiriblər.

 

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi daha bir əməliyyat nəticəsində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidən Digah kəndi istiqamətində yolun təqribən 1 kilometrliyində narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini Əzizov Amil Nəriman oğlu saxlanılıb. Belə ki, Amil Əzizov “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşına onda İran İslam Respublikasından qaçaq yolla gətirilmiş 12 kq narkotik vasitə olan həşiş olduğunu deyərək, onun 1 kq-nı 2200 manata satmaq istədiyini bildirib. “Sövdələşmə” baş tutduqdan sonra Əzizov Amil Nəriman oğlu 1 ədəd üzərində “Frends Sport” sözləri yazılmış göy rəngli idman çantasını əməliyyat işçisinə təqdim edərkən yaxalanıb.

 

Dövlət Gömrük Komitəsinin inzibati binasına gətirilən Amil Əzizovun çantasından qara rəngli polietilenə bükülmüş, ümumi çəkisi 12 kq 200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranı aşkar edilib. A.Əzizov törətdiyi qanunsuz əməlləri etiraf edib. Hər iki faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR