Bank Of Baku

Azərbaycan gömrükçüləri İKT sahəsində Əfqanıstana yardım edəcəklər

Azərbaycan gömrükçüləri İKT sahəsində Əfqanıstana yardım edəcəklər
# 30 yanvar 2013 11:20 (UTC +04:00)

 

Bakı – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin «Azterminalkompleks» xarici iqtisadi əlaqələr birliyinin İsveç şirkəti ilə bağladığı müqavilədə Komitədə İKT ilə bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, eyni zamanda may ayında Azərbaycanda bununla bağlı böyük beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Paralel olaraq DGK bu sahədə təcrübəyə ehtiyacı olan ölkələrə də dəstək vermək niyyətindədir. Bununla bağlı fevralın sonunda Azərbaycan gömrük xidmətinin rəsmi nümayəndə heyətinin Əfqanıstana səfəri nəzərdə tutulub.

 

A.Əliyev bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycan tərəfinin bu addımını alqışlayıb: «Biz Əfqanıstana həm İKT sahəsində yardımlar edəcəyik, həm də Azərbaycanda istifadədə olan müəyyən proqramların Əfqanıstan qanunvericiliyinə uyğun tərtibatına hazır olduğumuzu bildirəcəyik». 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR