Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları İslam Əməkdaşlıq Təşkilatı ilə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİİC) birgə təşkil etdiyi Ümumdünya Halal Assambleyası və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun XI Baş Assambleyasında iştirak ediblər.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun XI Baş Assambleyasında Azərbaycan müşahidəçi qismində iştirak edib. Tədbir zamanı SMİİC-in Texniki Komitələrinin fəaliyyəti, strateji və fəaliyyət planının genişləndirilməsi mövzularını əhatə edən məruzəsi dinlənilib, institutun büdcəsinin müzakirəsi aparılıb və növbəti Assambleyanın Türkiyədə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, SMİİC-in nümayəndələri ilə aparılan fikir mübadiləsi zamanı onların Azərbaycanın SMİİC-ə üzv olmasında maraqlı olduqlarını qeyd ediblər.