Bank Of Baku

Azərbaycan mikroavtobus istehsalına başlayıb

Azərbaycan mikroavtobus istehsalına başlayıb
# 01 fevral 2013 11:46 (UTC +04:00)

 Zavodun direktor müavini Polad Sadıxov «APA-Economics»ə açıqlamasında bildirib ki, 2013-cü ildən etibarən «Lifan» markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: «Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq».

 

Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri - «Nazlifan LF 1022» bortlu yük maşınıdır. Digəri isə furqon yük avtomobilidir («Nazlifan LF 5028» modeli). Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kq-dır.

 

«Nazlifan LF 6401» mikroavtobusu isə sürücüdən əlavə 6 nəfər sərnişin götürür.

 

P.Sadıxov bildirib ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir.

 

Nəticədə, hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR