Bu tədbirlərdən biri də dekabrın 2-3-də keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans (Global Cyber Security Cooperation: Challenges and Visions) olacaq.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın ev sahibliyi edəcəyi bu konfrans Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Dünya Bankı, Dünya İqtisadi Forumu, «Interpol» və Azərbaycan hökumətinin dəstəyi təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib.
Tədbir həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksək səviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək.
Konfransda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ITU-nun baş katibi Hamadun Ture, Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqronun iqtisadi siyasət və maliyyə üzrə baş nazirinin müavini, informasiya ictimaiyyəti naziri Vujica Lazoviç, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzay Sangin, Burundiin parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə naziri Torhan M. əl-Müfti və digər nüfuzlu şəxslərin çıxışları gözlənilir.