Bank Of Baku

Azərbaycan və Polşa arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Polşa arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanıb
# 14 noyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov Bakıda səfərdə olan Polşanın nəqliyyat naziri Slavomir Novakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

«APA-Economics»in Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Z.Məmmədov son dövrlər Azərbaycanın yol-nəqliyyat kompleksində aparılan islahatlar, görülən işlər, həmçinin həyata keçirilən iri regional layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb, həmçinin qeyd edib ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır.

 

Öz növbəsində polşalı nazir S.Novak iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu, münasibətlərin daha da möhkəmləndirilməsində hər iki ölkənin maraqlı olduğunu vurğulayıb. Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Polşa ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.

 

Müzakirələrin sonunda Polşa ilə Azərbaycan hökumətləri arasında «Beynəlxalq avtomobil əlaqələri»nə dair əməkdaşlıq sazişi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR