Bank Of Baku

Azərbaycana «Geely» avtomobilinin yeni modeli gətiriləcək

Azərbaycana «Geely» avtomobilinin yeni modeli gətiriləcək
# 07 fevral 2013 10:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Çinin «Geely» avtomobil şirkəti ilk dəfə olaraq Avropa bazarı üçün xüsusi model hazırlayıb.

 

Sözügedən avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan «Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, söhbət «Geely Emgrand» avtomobil modelindən gedir və bu model Azərbaycana artıq fevral ayında idxal olunacaq. Yeni «Emgrand» həcmi 1,5 litr və 1,8 litr olan mühərriklərlə təchiz olunub. Lakin Azərbaycana bu modelin yalnız ikinci variantı (sedan və hetçbek) gətiriləcək.

 

Sedanın eni 1 789 mm, hündürlüyü 1 470 mm, uzunluğu isə 4 365 mm təşkil edir. Hetçbek isə öz növbəsində sedandan 238 mm qısadır. Azərbaycanda avtomobil həvəskarlarına yeni «Emgrand» üç variantda təklif olunacaq – «Standard», «Comfort» və «Luxury». İlkin məlumatlara əsasən, yeni modelin orta qiyməti 14,1 min manat təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR