Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dəyəri 1 120 574 250 ABŞ dolları olan nəqliyyat vasitələri və onların hissələri idxal olunub.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
Bu ilin 9 ayında Azərbaycana dəyəri 2 006 392 830 dollar olan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,1% çoxdur.