Bank Of Baku

Azərbaycana yeni «Mercedes-Benz» avtomobil modeli gətiriləcək

Azərbaycana yeni «Mercedes-Benz» avtomobil modeli gətiriləcək
# 13 fevral 2013 10:17 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Mercedes-Benz» avtomobillərinin rəsmi təmsilçisi olan «Autostar Caucasus» şirkəti mart ayında ölkəyə yeni «A-Class» modelini idxal edəcək.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən modelin həm xarici, həm də daxili görünüşü idman üslubundadır. Yeni «Mercedes-Benz A-Class»ın uzunluğu 4 292 mm, eni 1 780 mm, hündürlüyü isə 1 433 mm təşkil edir. Avtomobil benzin və dizel mühərrikləri ilə təchiz olunub. Transmissiyaya gəldikdə isə, «A-Class» 6-pilləli mexaniki və 7-pilləli sürətötürmə qutusuna malikdir.

 

«Azərbaycana bu model 1,6 litr (156 at gücü) və 2 litr (211 at gücü) həcmli mühərriklərlə gətiriləcək. Yeni «A-Class»ın qiyməti hələ məlum deyil», - deyə şirkətdən bildirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR