Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında «Peugeot» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Auto Azerbaijan» şirkəti ölkəyə yeni «Peugeot 408» modelini idxal edəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni model güclü mühərriklə təchiz olunub ki, bu da avtomobilin yüksək dinamik hərəkətini təmin edir. Bununla yanaşı, yeni 408-ci modelin salonu da müxtəlif növ keyfiyyətli materialdan hazırlanıb. Eyni zamanda, salon bir sıra müasir avadanlıqla təchiz olunub.
Azərbaycana yeni «Peugeot 408»in hansı komplektasiyası gətiriləcəyi və hansı qiymətə satılacağı hələ müəyyənləşməyib.