Bank Of Baku

Azərbaycanda “Xalq kompüteri” alanların sayı 23 mini ötüb

Azərbaycanda “Xalq kompüteri” alanların sayı 23 mini ötüb
# 19 iyun 2014 11:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ölkədə “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda layihə çərçivəsində güzəştli şərtlərlə satılan kompüterlərin sayı 23 035 ədədə çatıb.

 

Layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

 

“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

 

Xatırladaq ki, RYTN və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR