Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb
# 29 noyabr 2012 07:26 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-oktyabr ayları ərzində 97,1 mln. ton yük və 1,2 mlrd. sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 7,7%, sərnişindaşımanın həcmi isə 8,8% artıb.

 

Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 7,8%, sərnişin dövriyyəsi isə 9,8% artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR