Bank Of Baku

Azərbaycanda avtonəqliyyat vasitələrinin sayı ötən il 10% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin sayı ötən il 10% artıb
# 30 yanvar 2013 13:57 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illə müqayisədə yükdaşımaların həcmi 7,6%, sərnişindaşımaların həcmi isə 8,7% artıb.

 

Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

 

Hesabat ilində yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 9,7% artıb.

 

«İl ərzində  ölkədəki mövcud avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 98,3 min ədəd və ya 9,5% artaraq 1 135,9 min ədəd təşkil edib. Əhalinin hər 1 000 nəfərinə düşən avtomobillərin sayı son 5 ildə 1,4 dəfə artaraq 124 ədəd olub. Avtomobillərin 84,4%-ni minik avtomobilləri, 11,4%-ni yük avtomobilləri, 2,6%-ni avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil edib», - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR