Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları ötən ilin analoji dövrünə nisbətən azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında dəmir yolu nəqliyyatı ilə yük daşınması 1,9 mln. ton olub ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,8% azdır. Orta hesabla sutkada 690 vaqon yüklənib, 477 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 28,3 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton və Cənub istiqaməti üzrə 4,6 min ton yüklənmə işi yerinə yetirilib.
Bununla yanaşı, yanvarda dəmir yolu nəqliyyatı ilə 199 min sərnişin daşınıb ki, bu da 2011-ci ilin yanvar ayı ilə müqayisədə 22,8% azdır.