Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dövlət Neft Fondu (A
«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən 2 km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər əksini tapıb.
Müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyini, layihənin effektiv həyata keçirilməsi və müəyyən edilmiş hədəflərə nail olunması üçün müvafiq islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Müzakirədə ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. «Booz&Co» məsləhətçi şirkətinin layihənin texniki, kommersiya, əməliyyat, tənzimləmə modelləri üzrə müzakirəyə təqdim etdiyi məlumat dinlənilib və iclas iştirakçılarının məlumata dair rəy və təkliflərinin nəzərə alınması vacib sayılıb.
Bu il layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün ARDNF tərəfindən 103,6 mln. manatın ayrılmasının nəzərdə tutulduğu və yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edilib.
Layihənin «elektron hökumət» həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və ISP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması üzrə əhəmiyyətli rolu xüsusi vurğulanıb.
Genişzolaqlı internet xidmətlərinin «Hər evə optika» prinsipi əsasında inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vacib sayılıb.