Bank Of Baku

Azərbaycanda gələn ilin sonunadək 53 rayonun elektron kadastr məlumat bazası yaradılacaq

Azərbaycanda gələn ilin sonunadək 53 rayonun elektron kadastr məlumat bazası yaradılacaq
# 27 noyabr 2013 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Gəncə şəhəri və Şəki rayonunda seçilmiş pilot ərazilərin vahid elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.


Onun sözlərinə görə, eyni zamanda Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisinin kadastr layihələrinin tərtibinə başlanılıb: «Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında daşınmaz əmlakın kadastr işləri isə yekunlaşmaq üzrədir».


Komitə rəsmisi qeyd edib ki, 2015-ci ilin sonuna kimi Bakının müasir tələblərə cavab verən daşınmaz əmlakın kadastrı tərtib ediləcək: «2014-cü ilin sonuna ölkənin 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik qəsəbə və kəndlərin ərazilərində elektron kadastr məlumat bazası yaradılacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR