Bank Of Baku

Azərbaycanda hava nəqliyyatında sərnişindaşıma tarifləri fevralda ucuzlaşıb

Azərbaycanda hava nəqliyyatında sərnişindaşıma tarifləri fevralda ucuzlaşıb
# 11 mart 2013 13:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1% bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,2% ucuzlaşıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 0,5% ucuzlaşıb, tranzit üzrə 1,8%, yerli əlaqə üzrə 11,7%, ixrac üzrə isə 33,3% bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8% ucuzlaşıb.


Ay ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1% artıb.

 

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 1,3% və 2,3%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3% ucuzlaşıb.

 

Poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1% artıb, rabitə sahəsində isə internet rabitəsi xidmətlərinin tarifləri 0,9% ucuzlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR