Bakı. Pərviz Nuriyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda layihənin icrasına başlanılanadək, əhalinin müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatı olduğu regionlarda “Aztelekom” İB tərəfindən hazırlanmış pilot layihənin həyata keçirilməsi qərara alınıb.
İB-nin daxili imkanları hesabına təmin ediləcək sözügedən layihənin texniki-iqtisadi əsaslandırması istehsalçı şirkətlərin təklifləri, yeni texnologiyaların tətbiqi və hazırda potensial tələbat olan ərazilər nəzərə alınmaqla hazırlanıb.
Sonda layihənin 3 ay müddətində başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.