Bank Of Baku

Azərbaycanda ötən rübdə aparılan tikinti işləri təxminən 1% bahalaşıb

Azərbaycanda ötən rübdə aparılan tikinti işləri təxminən 1% bahalaşıb
# 06 fevral 2013 08:47 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,9% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 1,1%, yol və körpü tikintisində 0,3% bahalaşma müşahidə edilib.

 

«Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,9%, yaşayış evlərinin tikintisi 0,7%, istehsal təyinatlı obyektlərin tikintisi 3,5%, yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi 1%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə isə qiymətlər 0,6% artıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər müvafiq olaraq 0,3% və 1% artıb. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 3,5% artım müşahidə edilib», - deyə Komitədən bildirilib.

 

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,3%, körpü tikintisi üzrə isə qiymətlər 0,7% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR