"Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanıb".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu dövlət proqramı 7 il müddəti əhatə edəcək: “Dünyanın heç bir ölkəsində tam olaraq qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Artıq bununla bağlı Azərbaycanda da dövlət proqramı hazırlanıb”.
O bildirib ki, bu dövlət proqramı yaxın zamanlarda hökumətə təqdim ediləcək.