Bank Of Baku

Azərbaycanda rəqəmsal şəbəkənin genişləndirilməsi üçün işlər davam etdirilir

Azərbaycanda rəqəmsal şəbəkənin genişləndirilməsi üçün işlər davam etdirilir
# 13 dekabr 2013 09:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Nazirlər Kabinetinin və Milli teleradio Şurasının (MTRŞ) qərarlarına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rəqəmsal şəbəkənin qurulmasına başlanıb.

 

APA-nın xəbərinə görə, bunu "Teleradio" İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib.

 

Onun sözlərinə görə, hazırda rəqəmsal şəbəkə daha da genişləndirilib: “Bu gün respublika əhalisinin 95 faizini əhatə edən bu rəqəmli şəbəkə artıq istismara verilib. Hazırda həmin şəbəkədə 83 ədəd güclü rəqəmli televiziya vericiləri istifadə olunur. MTRŞ-nın qərarında göstərildiyi kimi, sosial paket müəyyənləşdirilib. Bu paketə daxil olan bütün televiziya proqramları rəqəmsal şəbəkədə yayımlanır”.

 

M.Abbasov onu da qeyd edib ki, Bakıda açıq paketlə yanaşı, kommersiya tipli 6 verici, Gəncədə isə 4 verici olmaqla paytaxtda 96 proqram, Gəncədə isə 54 proqram yayımlanır: “Rəqəmsal şəbəkənin genişləndirilməsi üçün bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılan monitorinqin nəticəsi göstərir ki, bu ilin sonuna kimi ümumi şəbəkədəki vericilər respublikanın istənilən nöqtəsində rəqəmli televiziyanın yüksək keyfiyyətlə yayımına imkan yaradır”.

 

Texniki direktor bu sahədə müəyyən problemlərin olduğunu vurğulayıb: “Bununla bağlı müəyyən problem və çətinliklər də var. Çətinliklərdən biri də proqramların rayonlardakı telestansiyalara çatdırılmasıdır. Bu gün “Teleradio” İstehsalat Birliyinin imkanı ona çatır ki, biz istənilən vaxt analoqu dayandırıb, respublikanın bütün bölgələrində rəqəmli televiziya proqramlarının yayımını verə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR