Bank Of Baku

Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
# 10 dekabr 2013 12:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1% ucuzlaşıb, yükdaşıma tarifləri 2,1% bahalaşıb.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb.

 

Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0% ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 1,3% bahalaşıb.

 

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 1,5% ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 4,0% bahalaşıb.

 

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,8% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR