Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru azalıb
# 25 noyabr 2013 12:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin oktyabr ayı üzrə 82,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabrda həmin indikator 116,9%, avqustda isə 465,7% olub.

 

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. İndeksin 100%-dən aşağı olması bu investisiyaların aylıq müqayisədə azalmasını göstərir:

 

 

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, burada maliyyə vəsaitlərinin axını kimi amilləri əks etdirir.

 

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Azərbaycanda mənzil tikintisinə 998,4 mln. manat həcmində investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 0,4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR