Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin müqayisə edilən dövrün səviyyəsini 33% üstələyərək 933,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ondan 69,7%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,2%-i əsaslı təmir, 2,5%-i cari təmir, 11,6%-i isə sair tikinti işlərinə sərf edilib. Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 77,9%-ni yerinə yetirib.
Qeyd edək ki, 2013-cü ilin yanvar ayında inşaat bölməsində çalışmış işçilərin orta siyahı sayı əvvəlki ildəkindən 17% artaraq 92,8 min nəfər olub. Tikintidə çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 10% artaraq 594,7 manat təşkil edib.