Bank Of Baku

Azərbaycanın bəzi yollarında rənglənmə işləri aparılacaq

Azərbaycanın bəzi yollarında rənglənmə işləri aparılacaq
# 02 iyul 2018 08:57 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.    

 

Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR