Bank Of Baku

Azərbaycanın bəzi yollarında rənglənmə və təmir işləri aparılır

Azərbaycanın bəzi yollarında rənglənmə və təmir işləri aparılır
# 03 iyul 2018 09:04 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi, həmçinin Ziya Bünyadov prospekti, Koroğlu dairəsindən 20 Yanvar istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 

Bundan başqa Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR