Bank Of Baku

Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 12 may 2014 07:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bun gün Azərbaycanın bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Bakının Binəqədi rayonunun bir hissəsi, saat 12:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsi, saat 13:00-dan 14:00-dək Qaradağ rayonunun bir hissəsi, saat 13:00-dan 15:00-dək Quba rayonunun bir hissəsi qazsız qalacaq.

 

Həmçinin 1 020 mm-lik "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin 146,0-cı və 199,1-206,2-ci kilometrlərində aparılacaq təmir işləri ilə əlaqədar Qəbələ, Yevlax, Naftalan rayonlarının bütün yaşayış məntəqələri, Ağdaş, Göyçay, Goranboy rayonlarının bir hissəsi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarında isə qismən fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR