Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda İKT sektoru ötən ilin analoji dövrü ilə müqayisədə artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi 13,6% artaraq 116,3 mln. manat təşkil edib.