Bank Of Baku

Azərbaycanın ilk telekommunikasiya peykinin son sınaq yoxlamaları dekabrın 5-dək yekunlaşacaq

Azərbaycanın ilk telekommunikasiya peykinin  son sınaq yoxlamaları dekabrın 5-dək yekunlaşacaq
# 04 dekabr 2012 07:23 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azerspace-1» telekommunikasiya peykinin  istehsalı ilə bağlı imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir.

 

«Azərkosmos» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, artıq  peykin istehsalı tamamlanıb və hazırda peyk son zavod testləri mərhələsindədir.

 

«Azerspace-1» peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın «Arianespace» şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilir.

 

Peykin son sınaq yoxlamaları dekabrın 5-dək yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcək. Daha sonra, peyk 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaq. Peykin gözlənilən tarixdə, 2013-cü ilin fevralın birinci dekadasında geostasionar orbitə çıxarılması planlaşdırılır.

 

«Orbital Sciences Corporation» şirkətinin zavodunda peykin istehsalına nəzarət edən «Azərkosmos» ASC-nin bir əməkdaşı və peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın «Telesat» məsləhətçi şirkətinin iki əməkdaşı peykin sınaq yoxlamaları prosesini yaxından izləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR