Bank Of Baku

Azərbaycanın İrandakı səfiri: “Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsinə az qalıb”

Azərbaycanın İrandakı səfiri: “Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsinə az qalıb”
# 18 noyabr 2013 11:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin xidmətə açılması iki ölkə arasındakı əlaqələrin daha da artmasına gətirib çıxaracaq”.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.

 

Onun sözlərinə görə, bu layihənin tezliklə həyata keçirilməsi və hər iki ölkənin dəmir yolu əlaqəsi imkanından lazımi şəkildə faydalanması gərəkdir.

 

C.Axundov deyib ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu Azərbaycan vasitəsilə Rusiya dəmir yolu xəttinə birləşdirilib.

 

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsinə az qalıb: “İranın və Azərbaycanın Astara şəhərləri arasında 8 kilometrlik dəmir yolu xəttinin çəkilməsi ilə bu tarixi layihə həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR