Bank Of Baku

Azərbaycanın milli poçt operatoru çip-kartların emissiyasına başlayıb

Azərbaycanın milli poçt operatoru çip-kartların emissiyasına başlayıb
# 28 noyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «MilliKart» Prosessinq Mərkəzində xidmət olunan «Azərpoçt» MMC «MasterCard» beynəlxalq ödəniş təşkilatında çip texnologiyaları üzrə sertifikasiya işlərini bitirib və tam olaraq həmin texnologiyalara keçib.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bundan sonra «Azərpoçt» bütün yeni müştəriləri üçün çip-kartların emissiyasını təmin edəcək, hazırda istifadədə olan maqnit zolaqlı kartları isə istifadə müddəti bitdikcə əvəz edəcək.

 

Qeyd edək ki, çip texnologiyalı kartlar yüksək təhlükəsizliyi ilə fərqlənir və banklar üçün kartlar üzrə aparılan dələduzluq əməliyyatları risklərini azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR