Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası bu il başa çatdırılmalıdır»

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası bu il başa çatdırılmalıdır»
# 11 fevral 2013 12:41 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun inşası plan üzrə davam edir. «APA-Economics»in xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, BTQ layihəsi ilə bağlı cari məsələlər onun sabah Gürcüstana başlayan səfəri çərçivəsində müzakirə olunaraq həll ediləcək: «Plana əsasən, dəmir yolu xəttinin inşası bu ilin sonuna qədər başa çatdırılmalıdır. Gürcüstan tərəfi işləri bitirəndən sonra bizə məlumat verəcək. Yekun məlumatlar sabahdan sonra bizdə olacaq».

 

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

 

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR