Bakı. Könül Cəfərli - APA. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsində təhlükəsizliyinin təmin olunması üçün birgə addımların atılması, radio və televiziya sahəsində əməkdaşlığın genişləndirilməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində regional və beynəlxalq əməkdaşlıq və münasibətlərin möhkəmləndirilməsi əsas müzakirə mövzusu olub.
Görüşün sonunda iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsində əlaqələrinin genişləndirilməsi üçün bir sıra təkliflərin irəli sürülməsi və gələcəkdə bununla bağlı saziş imzalanması qərara alınıb.