Bank Of Baku

Azərbaycanın təklif etdiyi TASİM layihəsi dünyanın 13 qlobal layihəsindən biri seçilib

Azərbaycanın təklif etdiyi TASİM layihəsi dünyanın 13 qlobal layihəsindən biri seçilib
# 12 mart 2013 07:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın təşəbbüsü ilə reallaşması nəzərdə tutulan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi dünyanın 13 qlobal layihəsindən biri seçilib.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Nyu-York şəhərində təşkil olunan VI Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından TASİM layihəsi nominant seçilib.

 

«Maliyə Layihəsi» üzrə namizədlər arasında yer alan TASİM Türkiyənin reallaşdırmaq istədiyi 9 mlrd. ABŞ dolları dəyəri olan İstanbul hava limanı və Braziliya hökumətinə məxsus 3,2 mlrd. dollar məbləğində qiymətləndirilən Rio-de-Janeyro hava limanı konsepsiyası ilə eyni kateqoriyada yarışır.

 

İnfrastrukturun bütün sektorlarını əhatə edən müsabiqədə namizədlər 13 ölkədən seçilib. Azərbaycan iki qlobal layihəsi ilə bu ölkələr arasında yer alıb. Belə ki, Azərbaycan qazını Avropaya çatdırılmasını nəzərdə tutan 7 mlrd. dollar dəyəri olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi də müsabiqənin nominantları sırasında yer alıb.


Qeyd edək ki, VI Qlobal İnfrastruktur İdarəçilik Forumunda 400 nəfərdən çox hökumət və şirkət nümayəndələri iştirak ediblər.

 

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilib və qətnaməyə əsasən, Azərbaycan hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb. Layihə müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR