Bank Of Baku

Azərbaycanla Braziliya gömrük sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanacaq - FOTO - VİDEO

Azərbaycanla Braziliya gömrük sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanacaq - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 may 2014 09:22 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində Braziliya Gəlirlər İdarəsinin Gömrük xidmətinin direktoru Ernani Çekuçi arasında keçirilən görüşdə komitə sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, Braziliya Cənubi Amerika regionunda Azərbaycan üçün əsas partnyorlardan biridir: “Sevindirici haldır ki, Azərbaycanla Braziliya arasında ticarət əlaqələri ildən ilə artmaqdadır. 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 183 mln. ABŞ dolları olubsa, ötən il bu rəqəm 360 mln. dollardan artıq olub”.

 

A. Əliyev təəssüflə qeyd edib ki, iki ölkə arasında ticarət üçüncü ölkələrin vasitəsilə aparılır: “Artıq Braziliyada istehsal olunan şəkər və digər istehlak malları Azərbaycan bazarlarında öz yerini tutub. İki ölkə arasında ticarət dövriyyəsini daha da artırmaq üçün Azərbaycan və Braziliya arasında gömrük sahəsində əməkdaşlığı genişləndirməkdir”.

 

Komitə sədri qeyd edib ki, iki ölkə arasında ticarətin sadələşdirilməsi çox önəmlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR