Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gündən etibarən «Azərbaycan Hava Yolları» QSC Bakı-Pekin-Bakı marşrutu ilə uçuşlarını, həmçinin həftənin bazar günləri də daxil olmaqla, yeni uçuş cədvəlinə əsasən yerinə yetirilməsinə başlayıb.
Belə ki, sərnişinlər bazar günü Bakıdan uçuş saat 19:20, Pekində eniş saat 06:20 (+1), çərşənbə axşamı Pekindən uçuş saat 01:00, Bakıda eniş isə saat 05:00-də həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Bakı-Pekin-Bakı istiqamətində aviabiletin qiyməti 510 manat təşkil edir.
Xatırladaq ki, Bakı-Pekin-Bakı istiqamətində öncə uçuşlar həftənin çərşənbə axşamı və cümə günləri Bakıdan saat 19:20, Pekində eniş saat 06:20 (+1) radələrində yerinə yetirilib.