Bank Of Baku

Bakı-Quba yolunda təmir işləri ilə bağlı hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Quba yolunda təmir işləri ilə bağlı hərəkət qismən məhdudlaşdırılacaq
# 30 iyun 2018 10:03 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 

"Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", deyə məlumatda bildirilir..

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR