“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, Bənövşəyi xətt üzərində yerləşəcək bu yeni depo “Xocasən” adlanacaq.
Onun sözlərinə görə, depo üçün Xocasən qəsəbəsində nəzərdə tutulan ərazidə artıq hazırlıq işləri başa çatmaq üzrədir: “Yaxın zamanlarda deponun tikintisinə başlanacağı gözlənilir”.
N.Paşayev əlavə edib ki, bu yaxınlarda məcburi köçkünlərin köçürüldükləri “Dərnəgül” deposunun ərazisində də tikinti işlərinə hazırlıq gedir. Mətbuat xidmətinin rəhbəri deyib ki, bu deponun ərazisində inzibati binalar, kommunikasiya xətləri və perron stansiyaların tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda “Bakı Metropoliteni” QSC-nin balansında bir elektrik deposu var.