Bank Of Baku

Bakıda 10 marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib

Bakıda 10 marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib
# 29 may 2018 14:49 (UTC +04:00)

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. 

 

Mövsümi xarakterli dəyişikliyə əsasən, 1 iyun tarixindən etibarən avtobusların hərəkəti aşağıdakı kimi olacaq:

 

- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

 

- 108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

 

- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

 

- 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

 

- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

 

- 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

 

- 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

 

- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

 

- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR