“APA-Economics”in məlumatına görə, konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə 3 Nobel mükafatı laureatı iştirak edir. Konfrans mayın 23-dək davam edəcək.
Konfrans iştirakçıları öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Konfransın açılış mərasimində baş nazirin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və INCU prezidenti, professor Devid Uiddouson iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev bildirib ki, bu tədbir gömrük sahəsində modernləşdirilmə və kadrların inkişafına yönəlib, nailiyyətlərin əldə olunmasına kömək olacaq. Onun sözlərinə görə, tədbirə maraq olduqca böyükdür: “Bu səbəbdən tədbirə 65-dan artıq ölkədən 200-dən artıq nümayəndə iştirak edir. Azərbaycan hökumət nümayəndələrinin və 3 dünya şöhrətli iqtisadiyyat elmi üzrə Nobel mükafatçısının da bu tədbirdə iştirakı bu tədbirə olan marağın daha bir göstəricisidir. Çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə keçirək”.
Komitə sədri Azərbaycanın Dağlıq Qarabağ probleminin ölkə və region üçün olduqca böyük problem olduğunu vurğulayıb: “Bu problem gömrük sahəsində də özünü büruzə verir”.
Komitə sədri Azərbaycanda son illər əldə olunan uğurlar, xüsusi ilə gömrük sahəsində əldə olunan nailiyyətlər barədə danışıb.
INCU-nun prezidenti, professor Devid Uiddouson konfransda gömrük xidmətləri, təhsil ocaqları və gömrük ticarətinin problemləri müzakirə ediləcək. O bildirib ki, çünki ticarət sərhəd tanımır: “Bali razılaşmasının müddəalarına nəzər salınacaq. Ümumdünya Ticarət Təşkilatının ticarətin asanlaşdırılması məsələləri ilə bağlı qərarları var. Burada da gömrük olduqca böyük rol oynayır”.
Baş nazirin müavini Abid Şərifov bu günlərdə Respublika Gününü qeyd edəcək Azərbaycanın keçdiyi tarixi yoldan qonaqlara geniş məlumat verib. O, Azərbaycanın Dağlıq Qarabağ problemindən danışaraq, BMT-nin 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini deyib.
D.Uiddouson yenidən söz alaraq deyib ki, ticarət asanlaşdırılmasının əldə olunması böyük nailiyyətdir: “Amma bu razılaşma sənəd olaraq qalmamalıdır. Bu sənədin həyata keçirilməsinə nail olmalıyıq. Bunun üçün də müəyyən işlər görülməlidir”.
Ümumdünya Ticarət Təşkilatının baş müdiri, səfir Roberto Azevedonun açılış nitqindən sonra əsas məruzələrlə iqtisad elmləri üzrə Nobel mükafatı laureatları - London İqtisadiyyat Məktəbində iqtisadiyyat və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universitetinin professoru Tomas Sargent çıxış ediblər.
Tədbir “Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatların rolu” və “Gömrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları” mövzularında məruzələrlə davam edir.