Bank Of Baku

Bakıda «Soft Computing» üzrə ikinci beynəlxalq elmi konfrans işə başlayıb

Bakıda «Soft Computing» üzrə ikinci beynəlxalq elmi konfrans işə başlayıb
# 03 dekabr 2012 15:40 (UTC +04:00)

 


Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan əsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə irsinə həsr olunmuş «Soft Computing» üzrə ikinci beynəlxalq elmi konfrans işə başlayıb.


«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov azərbaycanlı alimin elmi fəaliyyətindən söz açıb və qeyd edib ki, L.Zadə Kaliforniya Berkli Universitetində ömürlük professor seçilmiş yeganə şəxsdir. L.Zadənin Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olduğunu bildirən nazir həmçinin qeyd edib ki, alim bir çox xarici ölkə akademiyalarının üzvüdür: «O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır».


L.Zadənin Azərbaycana bu tədbirlə bağlı səfər etmək istəyini bildirən Ə.Abbasov onu da qeyd edib ki, səhhətindəki yaranan problemlərlə bağlı səfəri təxirə salınıb: «Buna baxmayaraq, L.Zadə Azərbaycana özünün 4 min ədəd kitabını göndərib ki, bu kitablar Azərbaycan Texniki Universitetinin kitabxanasına hədiyyə olunub».


Dekabrın 5-dək davam edəcək tədbirdə dünyanın bir sıra ölkələrindən 68 nüfuzlu alim qatılıb. Lütfi Zadənin təqdimatı da daxil olmaqla 13 xarici məruzəçi dinləniləcək. Tədbirə Amerika, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan qonaqlar qatılacaq.


Qeyd edək ki, birinci konfrans L.Zadənin 90 illiyi ilə bağlı 2011-ci ildə may ayının 24-26-da San-Fransiskoda (ABŞ) keçirilib. Sözügedən tədbir isə həmin konfransın davamıdır. Konfrans üçün təqdim olunan 128 elmi məqalədən 118-i qəbul olunub və həmin məqalələrdən 93-ü çap edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR