Bank Of Baku

Bakıda Azərbaycan-Rusiya avtomobil nəqliyyatı komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Rusiya avtomobil nəqliyyatı komissiyasının iclası keçirilir
# 30 noyabr 2012 09:31 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan və Rusiya arasında avtomobil nəqliyyatı ilə daşımaların tənzimlənməsi üzrə qarışıq komissiyanın növbəti iclası keçirilir.

 

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda beynəlxalq avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və onların inkişafı və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. İki gün davam edəcək iclasda əsasən Azərbaycanla Rusiya arasında həyata keçirilən beynəlxalq avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və onların inkişafı mövzusu ətrafında diskussiyaların aparılması nəzərdə tutulub. Eyni zamanda toplantıda sərnişin daşımaları, yük daşımaları, beynəlxalq avtomobil daşımalarında istifadə olunan «İcazələrin» kontingenti və digər məsələlərin də müzakirə olunması gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR