Bank Of Baku

Bakıda böyük yol qovşağı kompleksinə daxil olan tunellərdən biri müvəqqəti istifadəyə verilib - YENİLƏNİB

Bakıda böyük yol qovşağı kompleksinə daxil olan tunellərdən biri müvəqqəti istifadəyə verilib - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2014 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün səhər saatlarından etibarən Bakının Xutor adlanan ərazisində Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan tunellərdən biri müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.  


Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, bu tunelin müvəqqəti açılması həmin ərazidə köməkçi yolun asfaltlanması ilə əlaqədardır: “Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir. Kompleksə 3 tünel və yol ötürücüsü daxildir”.

 "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, 10 gün ərzində asfalt-beton işləri başa çatdıqdan sonra, hazırda açılan tunel bağlanacaq, hərəkət isə asfaltlanan köməkçi yol vasitəsi ilə təmin ediləcək. 


P.Mürsəliyev bildirib ki, paytaxtın Xutor dairəsindəki yol qovşağı kompleksində son tamamlanma işləri iyun-iyul aylarında başa çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR