Bank Of Baku

Bakıda İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin iclası keçiriləcək

Bakıda İƏT-in Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin iclası keçiriləcək
# 10 iyun 2014 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyunun 16-da Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin ikinci iclası keçiriləcək.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İƏT Katibliyinin nümayəndələri iştirak edəcək.

 

İclasda sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR