Bank Of Baku

Bakıda İƏT-in Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin II iclası keçirilib

Bakıda İƏT-in Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin II iclası keçirilib
# 16 iyun 2014 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin II iclası keçirilib.

 

APA-Economics”in məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin direktoru Miryaqub Seyidov bildirib ki, bu tədbir mühüm əhəmiyyətə malikdir.

 

O, İƏT-in Avrasiya məkanında əhəmiyyətli regional iqtisadi birliyə çevrildiyini, nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül olduğunu bildirib.

 

M. Seyidov vurğulayıb ki, Azərbaycanın İƏT-in bütün komitələrində aktiv fəaliyyət göstərir, bu təşkilata üzv dövlətlərlə iqtisadi, elmi, sosial və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri yaradıb. O qeyd edib ki, ölkəmizin İƏT-in fəaliyyətinə böyük önəm verdiyini, təşkilata üzv ölkələrin iqtisadi potensialını üzə çıxarmaqda onun rolunun yüksək qiymətləndirdiyini söyləyib.

 

M. Seyidov deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında sənaye mülkiyyəti sahəsində məlumatların yayımlanması, istifadəsi, innovasiyaların təşviqi məsələlərinin geniş şəkildə yayımlanmasına, əlaqələrin yaradılmasına kömək göstərəcək.

 

Bundan sonra Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistanı təmsil edən nümayəndələrin, eləcə də İƏT Katibliyinin nümayəndələrinin hesabatları dinlənilib. İclasda sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışlar keçirilib, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmləri və digər məsələlər müzakirə olunub.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR